17.09.2019

Göygöl rayon ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib

Göygöl rayon ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib

Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə məktəblərin kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri çıxış edərək öz xoş arzularını bildiriblər.

Tədbirlərdə həmçinin birincilər hazırladıqları kompozisiyalarla çıxış edərək,  yeni tədris ilinin başlandığını bildirən ilk zəngi səsləndiriblər.

Yeni tədris ilində Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 10003 şagird təhsil alacaq.

Qeyd edək ki, Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində 38 tam orta, 10 ümumi orta, 1 ibtidai  məktəb, 1 lisey və 1 məktəbdənkənar  təhsil  müəssisəsi  fəaliyyət  göstərir.

2019-2020-ci tədris ili üçün rayon ümumtəhsil məktəblərinə Azərbaycan bölməsi üzrə 82 adda  26300 ədəd, rus bölməsi üzrə 100 adda 1096 ədəd  yeni kitab verilib. Bundan əlavə, müəllimlər üçün Azərbaycan bölməsi üzrə 38 adda 1535, rus bölməsi üzrə 25 adda 33 ədəd müəllimlər üçün metodik vəsait təhsil müəsissələrinə çatdırılıb. 

Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

 


Açar sözlər: ,  ,  ,