24.09.2019

“Ən yaxşı məktub” müsabiqəsi keçirilib

Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbində "Beynəlxalq Sülh Günü" ilə əlaqədar “Ən yaxşı məktub” müsabiqəsi keçirilib.

Azərpoçtun əməkdaşlığı ilə məktəbin VI-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən layihə çərçivəsində məktəbin VI-XI siniflərindən 20 nəfər şagird iştirak edib. Şagirdlər açıq havada məktublar yazaraq “Beynəlxalq Sülh Günü"  ilə bağlı öz fikirlərini bildiriblər. Daha sonra həmin məktublar məktəbin rəhbər işçiləri və müəllimlər tərəfindən təşkil olunan komissiya tərəfindən yoxlanılaraq müvafiq yerlər müəyyənləşib. Yer tutan şagirdlər Fəxri Fərmanla təltif ediliblər.


Açar sözlər: ,  ,