26.09.2019

“Gənc müəllimlərə dəstək” layihəsinin təqdimatı keçirilib

Göygöl rayon Gənclər Evində təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Gənc müəllimlərə dəstək” layihəsinin təqdimatı keçirilib.

Göygöl rayon S.Vurğun adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Aytəkin Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi gənc müəllimləri, öyrədici, inkişafetdirici və dəstəkləyici təlimlər cəlb etmək, onları ictimai tədbirlərdə, sərbəst nitqə maneə olan narahatlıqları aradan qaldırmaq, müəllimlərin pedaqoji qabiliyyətlərini, nəzəri biliklərini praktikada tətbiq edilməsi üçün peşəkarlıq səviyyəsini yüksəltməkdən ibarətdir.

Layihə müddətində müəllimlər peşəkar psixoloq və təlimçinin iştirakı ilə təkmilləşmə təlimlərində iştirak edəcəklər.