15.10.2019

Müəllimlər üçün psixoloji seminar keçirilib

Göygöl rayon Heydər Əliyev Mərkəzində E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbin pedaqoji kollektivinin iştirakı ilə seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd müəllimlərin psixoloji bilik və bacarıqlarının artırılması, onlarda şagirdlərlə davranma üsullarının təkmilləşdirilməsindən ibarətdir.

Seminarda risk qruplarına daxil olan şagirdlərlə, yeniyetmələrlə necə davranmağın, məktəbəhazırlıq qruplarında və birinci sinifdə təhsil alan uşaqlarda kiçik motorikanın inkişaf etdirilməsi, ümumilikdə şagirdlərin psixoloji baxımdan dayanıqlı inkişafı yolları barədə müzakirələr həyata keçirilib.


Açar sözlər: ,  ,