18.10.2019

“Müstəqilliyimiz əbədidir” şüarı altında yürüş keçirilib

Göygöl rayonunda 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” şüarı altında yürüş keçirilib.

Göygöl rayon İcra Hakimiyyətinin və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə rayon məktəbliləri və gəncləri yaxından iştirak ediblər. Yürüş iştirakçıları əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldıraraq “Müstəqilliyimiz əbədidir”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.

Tədbir məktəblilərin Bayraq meydanında təşkil etdiyi bədii proqram və fləşmobla başa çatıb.


Açar sözlər: ,  ,