20.10.2019

Göygöl rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün monitorinq qiymətləndirilməsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Göygöl rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün monitorinq qiymətləndirilməsi keçirilib.

Buraxılış imtahanlarına hazırlıq məqsədilə keçirilən imtahanda şagirdlər Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə təqdim olunan test nümunələrini cavablandırıblar.  

854 nəfərin iştirak etdiyi imtahanda qiymətləndirmə üçün şagirdlərə 210 dəqiqə vaxt verilib.

İmtahan bitdikdən sonra nəzarətçilər tərəfindən imtahan vərəqləri yığılaraq yoxlanılmaq üçün Təhsil Nazirliyinə göndərilib. İmtahan nəticələri yaxın günlərdə məlum olacaq.


Açar sözlər: ,  ,  ,