08.11.2019

“Hər zaman dalğalan” adlı tədbir keçirilib

Göygöl rayon Çaylı kənd tam orta məktəbdə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Hər zaman dalğalan” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin şagirdləri, müəllim kollektivi və validyenlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Dövlət bayrağı şagirdlər tərəfindən səhnəyə gətirilib. Çıxış edən məktəbin direktoru Aqif Hüseynov hər kəsi Bayraq Günü münasibətilə təbrik edərək, bayrağın hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayıb. Üçrəngli bayrağımızın uca tutulmasını və daim ucalarda olmasının hər bir azərbaycanlının müqəddəs arzusu olduğunu dilə gətirib.

Tədbirdə məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər oxuyub, mahnılar səsləndiriblər.


Açar sözlər: ,  ,