11.12.2019

“Heydər Əliyev və  Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib

Göygöl Rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Heydər Əliyev və  Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib.

Göygöl Rayon İcra Hakimiyyəti, Təhsil İdarəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Dəyirmi masada çıxış edənlər ulu öndərin Azərbaycan təhsilinə verdiyi töhfələrdən və mühüm təhsil strategiyasından bəhs ediblər. Heydər Əliyevin təhsil siyasətinə toxunaraq bildirilib ki, hər bir gənc onun müdrik həyatından örnək götürməli, onun həyat yolundan faydalanmalıdır.

Sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.


Açar sözlər: ,  ,