26.12.2019

"Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik" adlı maarifləndirici tədbir keçirilib

Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbdə "Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirin keçiriməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişləri, "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb. Bununla yanaşı, şagirdlər yol hərəkəti ilə bağlı səhnəciklə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,