29.12.2019

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə bayram tədbiri keçirilib

Göygöl rayon Çaylı kənd tam orta məktəbdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə bayram tədbiri keçirilib.

Bayram tədbirində məktəb rəhbərliyi, müəllimlər, şagirdlər  və valideynlər iştirak ediblər. Dövlət Himni ilə başlanan tədbirin keçirilməsində məqsəd şagirdlərin qeyd olunan əlamətdar günlə bağlı fikir və düşüncələrini inkişaf etdirmək, onların bədii düşüncə qabiliyyətlərini üzə çıxarmaqdır.

Tədbirdə bildirilib ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

Tədbir şagirdlərin hazırladıqları rəngarəng səhnəciklərlə, vətənpərvərlik mövzusunda mahnılar, yeni ilə aid şeirlərlə davam edib.


Açar sözlər: ,  ,  ,