16.01.2020

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib

Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Topalhəsənli kəndində yaşayan şəhid ailələri iştirak ediblər. Çıxış edənlər 30 il öncə Bakı şəhərində və ölkəmizin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğından söz açıb, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizəsinin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıblar.

Sonda Topalhəsənli kəndində dəfn olunmuş şəhidlərin məzarı şəhid ailələri və  məktəb kollektivi tərəfindən ziyarət olunub.


Açar sözlər: ,  ,  ,  ,