23.01.2020

Gənc müəllimlərimizdən Emin Hüseynov

Emin Hüseynov 1990-cı ildə Samux rayonu Qarabağlar kəndində anadan olub. 2011-ci ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin ingilis dili müəlimliyi ixtisasını bitirib. 2013-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Gədəbəy rayonunun Söyüdlü kəndində ingilis dili müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildə müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən Emin müəllim ümumillikdə 54  bal toplayıb. Həmin il müəllimlərin yerdəyişmə proqramı ilə Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbinə yerdəyişmə edən gənc müəllim, 2018-ci ildə yenidən yerdəyişmə prosesində iştirak edərək Göygöl rayon Nadil kənd tam orta məktəbində çalışmağa başlayıb.

            - Müəllimlik peşəsinə sizdə maraq  hardan yaranıb?

          -Şagird olduğum dövr gələcək planları müəyyənləşdirmək, sahib olmaq istədiyim peşə, qazanacağım nailiyyətlər üçün bir başlanğıcdır. Hər bir sahədə stimul vacib məsələlərdən biridir. Mənim də əlbəttə ki, stimul aldığım çox qabaqcıl müəllimlərim var idi. Məktəbdə oxuduğum müddətdə ilk müəllimim – ibtidai sinif müəllimimmənim üçün əsl müəllimlik siması idi. O, bizə çox yaxşı davranır, yalnız bir müəlim yox yaxın bir insan, mehriban bir ailə üzvü kimi münasibət bəsləyir, öz övladları kimi can yandırardı. Oxuduğum məktəb kənd məktəbi idi, balaca odun sobası ilə isidilən sinif otağı, mehriban sinif yoldaşları, həvəslə gəldiyimiz məktəb, və həvəslə gözlədiyimiz dərslər onların ardınca isə tənəffüslər...

Həyatda bəzi anlar olur ki, o zaman insan gələcəyinə qərar verir, bu anlardan biri də məndə VII sinifdə təhsil aldığım vaxt baş verdi. Dərslərin birində mən mövzunu izah etdim, yerimə əyləşəndə müəllimim məni saxladı və dedi ki, səndə çox yüksək müəllimlik bacarığı və savad var, çalış istifadə et və müəllim ol! Bəlkə də həmin gün müəllimlik fəaliyyətim başladı. Ulu öndər Heydər Əliyev demişdi : “ Mən dünyadamüəllimdən yüksək ad tanımıram “. Bu böyük sözdür. Dünyadaən ali ada sahib olmaq bu həyatda hər kəsə qismət olmur.

- Pedaqojifəaliyyətinizdə qazandığınız nailiyyətlərbarədə nədeyə bilərsiniz?

Pedaqoji fəaliyyətə başladığım andan ən böyük uğuru əldə etdiyimi anladım. Bu müəlimlik idi, qəlblərə yol tapmaq, onlarla şagirdin gələcəyini müəyyənləşirəcək bir şəxs olmaq əvəzolunmaz bir hissdir.Pedaqoji fəaliyyətə ilk başladığım yer Söyüdlü kənd tam orta məktəbi idi. O kəndin qışı çox sərt idi.Tədris ili başladığı vaxtdan etibarən şagirdlərdə ingilis dilinə maraq daha da inkişaf etməyə başladı. Bir neçə məzun şagirdim universitetə qəbul oldu. Halbuki o ilə qədər məktəbdə qəbul səviyyəsi çox aşağı olmuşdu. Yuxarı sinif şagirdlərinin bu uğuru aşağı sinif şagirdlərinə stimul oldu, şagirdlər daha da həvəslə çalışır və yüksək nəticələr əldə etmək üçün bütün qüvvələrini sərf edirdilər. Bəzən çətin şəraitli dağ kəndlərində yaşamaq, dizdən yuxarı yağan qar və buz bağlamış yollarla getmək şərəfli peşə olan müəllimliyi həyata keçirmək müəyyən çətinliklər yaradır, ancaq bütün çətinliklərə baxmayaraq işimi sevir və böyük ruh yüksəkliyi ilə peşəmi icra edirdim.

-Dərs dediyiniz şagirdlərinizinali məktəblərə qəbul olma nəticəsi size qane edirmi?

-Bugün şagirdlərimin nəticəsi məni qane edir. Müəllim şagirdə tək fənni deyil, həyatı da öyrətməlidir. Elə öyrədilməlidir ki, şagird dərsi başa düşdüyü qədər onu necə və harada istifadə etməyi də bilsin. Şagirdlərimdən bu il Ali Neft Məktəbinə, Xarici Dillər Universitetinə,başqa yerli və xarici universitetlərə qəbul olanlar oldu. Mən şagirdlərimlə fəxr edirəm. Hər peşə gələcəkdə nə qazanacağına baxır, əslmüəllimin isə qazancı onun keçmişidir. Müəllim nə qədər yaxşı tələbə yetişdiribsə, o qədər də qazanc əldə edibdir. Müəllim həmdə psixoloqdur. Valideyn körpəsini məktəbə, müəllimə əmanət edir. Şagirdin beyni, onun şüuru tam olaraq məktəbdə böyüyür. Müəllim şagirdin şüurunu qidalandırandır.

              -Şagirdlərə fənninizi sevdirməyi bacarırsızmı?

-Mən dərs prosesində hər şagirdə eyni yanaşmağa çalışıram. Ən əsası sinifdə ayrı-seçkilik salmamaq və şagirdlər arasında bərabərlik yaratmaqdı. Şagirddə fənnə maraq yaratmaq üçün zəif olan şagirdləri də güclü şagirdlər kimi daim sual-cavab edirəm. Ona dəstək oluram ki , səndə bacararsan. Şagirdlər uşaqlıq dövrünü yaşayırlar, onların daim xoş münasibətə və dəstəyə ehtiyacı var. Onlar müəllimindən valideyin qayğısı görərsə fənni də sevir və maraqlar oxuyur.

-Əsl müəllim olmaq nə deməkdir?

-Əsl müəllim olmaq təkcə dərs prosesini idarə etmək demək deyil. Unutmaq lazim deyil ki biz müəllimik. Şagirdlərimiz bizləri nümunə olaraq görməlidir, bunun üçün də əlbəttə ki, bizdə öz nümunəvi hərəkətlərimiz ilə seçilməliyik. Belə olan halda şagirdlər müəllimlərinin etdiyi hərəkətləri təkrarlayır ki, buda öz növbəsində onların şəxsiyyət kimi inkişafına müsbət təsir göstərir.Bu bir həqiqətdir ki, şagirdlər müəllimlərinə güvənir onlara inanırlar. Bütü yaş qruplarında olan şagirdlər müəllimlərini güvəniləcək bir insan kimi görür və buna görə də müəllimlərinin yolu ilə irəliləyirlər. Biz hər zaman özümüzü şagirdlərin yerinə qoymalıyıq. Onların bizdən gözlədikləri, istəkləri əsas iş prinsipimiz olmalıdır. Şagirdlərin ehtiyacını hiss edən, onlara tədris etdiyi fənnlə bərabər yeni nəfəs verən müəllim əsl müəllimdir !

-Dərs prosesində şagirdlərin marağını artırmaq üçün hansı yeniliklərdən istifadə edirsiniz?

Yeni üsulun bir çox üstünlükləri var. Dərs müddətində müxtəlif kurikulumüsullarından istifadə edərək dərsi qururuq. Şagirdlərlə rollu oyunlar və ya karusel kimi üsullardan istifadə edərək dərsi qurub şagirdə maraq yaratmağa çalışıram. Şagird həmişə yeniliklər öyrənmək istiyir. Şagird hər gün müxtəlif yeniliklər əldə etməlidir. Yalnız bu zaman tədris onun üçün maraqlı və əlçatan olar. Hər zaman yenilikləri şagirdlərin qəbul edəcəyi formada izah etməyə çalışıram. Şagirdlərin bir-biri ilə sual-cavab edərək dərsi mənimsəməsi onların həmin mövzu barədə ətraflı məlumat əldə etmələrində çox vacibdir.

-Gələcəklə bağlı planlarınız maraqlı olardı. İstərdim biraz da bu haqda danışasınız

Gələcək planım budur ki, yaşlanana qədər bacardıqca daha çox təhsilli, əsl şəxsiyyət olan vətəndaşlar yetişdirim. Azərbaycanımız dahi insanlar yurdudur. Nizamilər, Füzulilər yetişdirmiş bu torpaqda müəllimlər əlindən gələni elə etməli, elə işləməlidirlər ki,onların yetişdirdiyi ağaclar bar verərkən elə məhsul versin ki, bütün dünya bu torpağı, bu diyarı danışsın! Vətənə dəstək olmaq, onun çiçəklənməsində əlindən gələni etmək hər bir vətəndaşın borcudur!

 

 


Açar sözlər: ,  ,  ,