25.02.2020

“Hazırcavablar” yarışı keçirilib

Çaylı kənd tam orta məktəbdə IX-XI sinif şagirdlərinin iştirakı ilə “Hazırcavablar” yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında elmin nüfuzunu artırmaqdan, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən ibarətdir.

Yarışda şagirdlərə Azərbaycan tarixi, coğrafiya fənnlərindən və ümumi dünyagörüşündən suallar təqdim edilib. Yarışın qaliblərinə diplom və hədiyyə təqdim edilib.


Açar sözlər: ,  ,