28.09.2016

Göygöl rayonunda Kurikulum təlimləri davam edir

Göygöl rayonunda kurikulum təlimləri davam edir. Şəhər 1 saylı tam orta məktəbdə keçirilən təlimə kənd və şəhər məktəblərini təmsil edən 20 müəllim cəlb olunub.

Ətraflı
27.09.2016

Prezident İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Ətraflı
23.09.2016

Təhsil naziri Zərdab şəhərində vətəndaşları qəbul edib

Sentyabrın 23-də təhsil naziri Mikayıl Cabbarov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib.

Ətraflı
23.09.2016

"Müəllim həm öyrənən, həm də öyrədəndir" Göygöl rayonunun yeni müəllimi

2016-2017-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə yüksək nəticə göstərən Samirə Məmmədli Göygöl rayon Zurnabad kənd tam orta məktəbində İngilis dili müəllim olaraq pedaqoji fəaliyyətə başlayıb.

Ətraflı
23.09.2016

Elektron dərslik portalına yeni dərsliklər əlavə olunub

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az  elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb.

Ətraflı
22.09.2016

Ucqar kəndin gənc müəllimi

Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərən Zahir Abbasov Göygöl rayon Danayeri kənd ümumi orta məktəbində riyaziyyat müəllimi olaraq çalışır. Pedaqoji fəaliyyətə yeni başlayan  Zahir Abbasov Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika fakültəsini bitirib.

Ətraflı
21.09.2016

Göygöl rayonunda direktorların şura iclası keçirilib

Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən 21 sentyabr tarixində direktorların şura iclası keçirilib. İclasda Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev, direktorlar, müəllimlər və RTŞ-nin işçiləri iştirak edib.

Ətraflı
21.09.2016

Göygöl rayon 4 saylı tam orta məktəb

55 ildir fəaliyyət göstərən Göygöl rayon 4 saylı tam orta məktəbdə 443 şagird təhsil alır. Məktəbin I sinfinə 2016-2017-ci tədris ili üçün 66 şagird qəbul olub. Məktəbəhazırlıq qruplarında isə 40 şagird təhsil alır. 23 sinif otağından ibarət olan məktəbdə 54 müəllim pedaqoji fəaliyyətlə məşğul olur. 2015-2016-cı dərs ilində məktəbin 22 məzunu qəbul imtahanında iştirak edib onlardan 10 nəfəri tələbə adını qazanıb.

Ətraflı
20.09.2016

Dünya çempionu olan Göygöl məktəblisi

 Göygöl rayon 3 saylı tam orta məktəbin şagirdi Vəliyev Ülfət Bəkir oğlu 8 ildir karate idman növü ilə məşğul olur. Dərslərinə də kifayət qədər yaxşı çalışan Ülfət müəllimlərinin sevimlisidir. İstedadlı məktəbli bir çox yarışlarda və beynəlxalq çempionatlarda birincilik əldə edib.

Ətraflı
20.09.2016

"Direktorlar klubu"nun təqdimatı keçiriləcək

  Sentyabrın 28-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda "Direktorlar klubu"nun təqdimat seminarı keçiriləcək.

Ətraflı
19.09.2016

Göygöl rayon məzunu Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev 2016-2017-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin məzunu Məmmədova Nuranə Asif qızı da bu ada layiq görülüb. 

Ətraflı
19.09.2016

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə

Təhsil naziri Mikayıl Cabbarov 23 sentyabr 2016-cı il tarixində saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək.

Ətraflı
16.09.2016

Bilik günündə Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbin açılışı olub.

Göygöl rayon Mollacəlilli kənd tam orta məktəb Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilib. 

Ətraflı