30.08.2016

Avqustun 31-də “ICMSEM 2016” beynəlxalq konfransı işə başlayacaq

31 avqust-1 sentyabr tarixlərində keçiriləcək “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) 10-cu konfransda dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.

Ətraflı
30.08.2016

Qızıl medala layiq görülən, fənn olimpiadası qalibi Göygöl rayon məzunu

Göygöl rayon 4 saylı məktəbin məzunu Əhədli Tərlan Natiq oğlu Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında I qrup üzrə 680 bal toplayaraq Ali Neft Məktəbinə qəbul olub.

Ətraflı
29.08.2016

Təhsil naziri Naftalanda vətəndaşları qəbul edir

Avqustun 29-da təhsil naziri Mikayıl Cabbarov Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon, Naftalan və Gəncə şəhər sakinlərini qəbul edir.

Ətraflı
29.08.2016

İnklüziv təhsil üzrə təlim

Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş «İbtidai təhsil pilləsində İnklüziv təhsilin tətbiqi» layihəsinin icrasına başlanılıb.

     Layihə çərçivəsində Xətai rayonu 138 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Nərimanov rayonu 202 nömrəli məktəb-lisey və Sabunçu rayonu 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib.

Ətraflı
29.08.2016

Aşıq sənətini yaşadan Göygöl məktəbliləri

Göygöl rayon Texniki, Təbiət Fənlər Təmayüllü Liseyin VII sinif şagirdləri Nəcəfzadə Şəmistan və Rüstəmli Samirə artıq 4 ilə yaxındır ki, aşıq yaradıcılığı ilə məşğul olurlar.

Bir çox tədbir və layihələrdə iştirak edən istedadlı şagirdlər, eyni zamanda dərslərində də müvəfəqiyyətlidirlər. Bəzi televiziya verilişlərində çıxış edən Şəmistan və Samirə aşıq sənətinə çoxdan maraqları olduğunu, Azərbaycan mədəniyyətinin vurğunu olduqlarını bildirirlər.

Ətraflı
26.08.2016

“Təlimçi hazırlığı” proqramına start verilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün     "Təlimçi hazırlığı” proqramına start verilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən təlim-məşğələlərini məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloq aparır. Təlim 36 akademik saatlıq proqram əsasında 6 gün davam edəcək. Təlimlərdə ölkə üzrə seçilmiş 150 nəfər ali təhsilli müəllimin iştirakı nəzərdə tutulur.   

Ətraflı
25.08.2016

Göygöl Rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzinin nailiyyətləri

  Göygöl Rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzi uşaqların dünyagörüşünün formalaşdırılması, asudə vaxtlarının səmərəli və maraqlı təşkili, istedad və qabiliyyətinin üzə çıxarılması sahəsində öz fəaliyyətini daha da genişləndirir.

Ətraflı
24.08.2016

"Əməkdar müəllim" və "İlin müəllimi" Dilarə Qazıyeva

Qazıyeva Dilarə Halay qızı 1963-cü il, mart ayının 12-də Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1982-ci ildə H.Zərdabi adına KDPİ-nin (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakultəsinə daxil olub, 1986-cı ildə universiteti fərqlənmə ilə bitirib. 1988-1989-cu tədris ilində Göygöl şəhər 2 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi olaraq müəllimlik fəaliyyətinə başlayıb. 1994-1998-ci illərdə həmin məktəbdə dərs hissə müdiri olaraq çalışıbdır.

Ətraflı
23.08.2016

Göygöl rayon  Təhsil Şöbəsi Texniki Təbiət Fənlər Təmayüllü liseyin nailiyyətləri

Göygöl rayon  Təhsil Şöbəsi Texniki Təbiət Fənlər Təmayüllü lisey 2015-2016-cı tədris illərində buraxılış imtahanlarında və TQDK-nın keçirdiyi qəbul imtahanında yüksək nəticələr göstərib. 

Ətraflı
22.08.2016

Göygöl rayonunda universitetə qəbulun statistikası

2015-2016-cı tədris ilində Göygöl rayonunda 636 şagird məktəbi bitirib. 189 abituriyent  tələbə adını qazanıb.

Ətraflı
22.08.2016

Göygöl təhsilində “İlin ən yaxşı müəllimi”nin peşəkar fəaliyyəti

Quliyeva Nurlan Səəddin qızı 23 iyul 1974-cü ildə Göygöl rayonunun Üçtəpə kəndində anadan olub. 1991-ci ildə Ə.Məmmədov adına Üçtəpə kənd orta məktəbini bitirib, həmin ildə Gəncə Dövlət universitetinin (keçmiş Gəncə Dövlət Pedaqoji İnstitutu) riyaziyyat və informatika fakultəsinə qəbul olubdur.

Ətraflı
19.08.2016

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başa çatıb

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.

Müsahibə mərhələsinə müvafiq keçid balını toplayıb vakant yeri tutmaq hüququ əldə edən 2371 nəfər dəvət olunub. Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən

Ətraflı
18.08.2016

 Göygöl rayonunda məktəblərin dərsliklə təminatı

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatının təşkili həyata keçirilir.

Ətraflı
18.08.2016

Təhsil naziri Naftalan şəhərində vətəndaşları qəbul edəcək  

Təhsil naziri Mikayıl Cabbarov 29 avqust 2016-cı il tarixində saat 11:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edəcək.

Ətraflı