Atayev  Elbrus  Yaqub  oğlu

Müdir

 

21 may  1957-ci  ildə  (keçmiş Xanlar)  Göygöl   rayonunda  anadan  olmuşdur.

1964-cü  ildə  şəhər  3  saylı  tam  orta  məktəbin  I  sinfinə  daxil  olmuşdur. 1974-cü  ildə  həmin  məktəbin  XI  sinfini bitirmişdir. 1976-1978-ci  illərdə  ordu  sıralarında  olmuşdur.  1980-ci  ildə  H.Zərdabi  adına  Kirovabad Dövlət  Pedaqoji  İnstitutuna  qəbul  olmuş. 1985-ci  ildə  həmin  institutun  tarix  fakultəsini  bitirmişdir.

1986-cı  ildə  Göygöl  rayonunun  Toğana  kənd  tam  orta  məktəbində  tarix  müəllimi  kimi  əmək  fəaliyyətinə  başlamışdır.

1988-ci  ildən  şəhər  1  saylı  tam  orta  məktəbində  müəllim, direktor  müavini  2002-ci ilin  oktyabr  ayından  isə  direktor  işləmişdir.

2010-cu ilin  iyulun  28-dən  Göygöl  Rayon  Təhsil  Şöbəsinin  müdiri  vəzifəsində  işləyir.  

Ailəlidir.  Iki  övladı  var.