10.01.2017

Fənn olimpiadası keçiriləcək

Yanvarın 15-də Göygöl şəhər Səməd Vurğun adına 3 nömrəli tam orta məktəbdə məktəblərarası fənn olimpiadası keçiriləcək.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 642 şagirdin qatılacağı gözlənilir.

Ümumillikdə 30 sinifdə keçirilməsi nəzərdə tutulan olimpiadada 30 nəzarətçi imtahanın şəffaflığına nəzarət edəcək.