07.09.2017

Göygöl rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçiriləcək

Göygöl rayon təhsil işçilərinin növbəti ənənəvi konfransı 11sentyabr 2017-ci il tarixdə saat 11:00-da Göygöl rayon Gənclər Mərkəzində keçiriləcək. Konfransda 2016-2017-ci dərs ilinin yekunları təhlil olunacaq, 2017-2018-ci dərs ilində qarşıda duran məsələlərin həlli yolları müəyyənləşdiriləcək. Konfransda rayonun bütün ümumtəhsil və məktəbdənkənar müəssisələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.