Göygöl Rayon Təhsil  Şöbəsi  1992-ci ildən fəaliyyət göstərir. Təhsil şöbəsi nəzdində  38 tam orta, 10 ümumi orta, 1 ibtidai  məktəb, 1 lisey və 4 məktəbdənkənar  təhsil  müəssisəsi  fəaliyyət  göstərir.  2015-2016 tədris ilində bu məktəblərdə 8984 şagird təhsil alıb ki onların təlim-tərbiyəsi ilə 1399 müəllim məşğul olub.

Göygöl Rayon Təhsil  Şöbəsi nəzdində 4 məktəbdənkənar təhsil müəssisə fəaliyyət göstərir: Uşaq Yaradıcılıq mərkəzi, Texniki Yaradıcılıq mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik mərkəzi, Uşaq-Gənclər İdman məktəbi. 

 2003-cü ildən sonra Göygöl rayonunda 21 yeni məktəb binası tikilib, 20 məktəb binası əsaslı təmir olunub, 6 məktəbdə əlavə korpus tikilibdir. 

Göygöl rayon Təhsil Şöbəsi Göygöl şəhər A.Kazımov küçəsi 1 ünvanında yerləşir.