Göygöl rayonunda 6 yaşlı uşaqların məktəbə qəbulu davam edir

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinifə qəbul qaydaları “ haqqında qanununa uyğun olaraq Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən müvafiq komissiya yaradılmışdır.
    Komissiyanın tərkibi psixoloq metodist, ibtidai siniflər üzrə metodist və uşaq həkimi olaraq müəyyənləşdirilmişdir. Yaradılmış komissiya xüsusi istedada malik uşaqların vaxtından əvvəl 1-ci sinifə qəbulu üzrə uşaqların bilik və bacarıqlarının yoxlanılması və məktəbə uyğunluğunu müəyyənləşdirmək üçün fəaliyyət göstərir.
    Komisiyya fəaliyyətə 15 avqust 2016-cı il tarixində başlamışdır və 1 sentyabr 2016-cı il tarixinədək öz işini davam etdirəcəkdir.


Açar sözlər: