05.11.2020

Şagirdlər “Əsgərə məktub” aksiyasına qoşulublar

Göygöl rayon Texniki, təbiət və humanitar fənnlər təmayüllü liseyin şagirdləri “Əsgərə məktub” aksiyasına qoşulublar.

Aksiyanın əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir.

Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlığa və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.


Açar sözlər: ,  ,  ,