22.12.2020

Maarifləndirici videokonfranslar keçirilib

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri" mövzusunda maarifləndirici videokonfranslar keçirilib.

Onlayn videokonfransların keçirilməsində məqsəd erkən nikahla bağlı məktəbliləri maarifləndirmək, ictimaiyyət arasında güclü təbliğat və maarifləndirmə işlərinin aparılmasıdır.

Videokonfransda müxtəlif fənn müəllimləri uşaq hüquqlarının müdafiəsi, ailələrin rifah halının yaxşılaşdırılması, erkən nikahın qarşısının alınmasının hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğu vurğulanıb. Bununla belə bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktların mövcud olduğu bildirilib. Mövzunun əhatəli olması üçün şagirdlərə video təqdimatlar nümayiş etdirilib.  


Açar sözlər: ,  ,  ,