22.12.2020

“Rəqəmsal Zəka” layihəsi uğurla icra olunur

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olmuş Göygöl rayon Çaylı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səltənət Qurbanovanın həyata keçirdiyi “Rəqəmsal Zəka” layihəsi uğurla icra olunur.

Layihənin məqsədi Göygöl rayon mərkəzində yerləşən məktəblərdə təhsil alan şagirdlərə rəqəmsal vətəndaşlıq və rəqəmsal yaradıcılıq bilik və bacarıqlarını aşılayaraq sosial şəbəkələrdən düzgün və səmərəli istifadə edilməsinin istiqamətləndirilməsinə nail olmaqdır.

Layihə çərçivəsində keçirilən görüşlərdə şagirdlərə rəqəmsal  şəxsiyyət, rəqəmsal istifadə, rəqəmsal empatiya, rəqəmsal mənəvi zəka, rəqəmsal rabitə bilik, bacarıq, münasibət və dəyərləri aşılanması rəqəmsal savadlılıqda proqramlaşdırma və tətbiqetmə, zehni məhsulların vizual şəkildə təqdim olunması, texnoloji vasitələrlə sosial öyrənmə və məxfiçilik idarəçiliyi və kiber təhlükəsizlik idarəetməsi bilik, bacarıq, münasibət və dəyərləri aşılanıb.

Həmçinin, təlimçi və iştirakçı şagirdlər layihənin məzmununa uyğun veb səhifə hazırlayaraq onun xüsusi domen adı ilə veb resursa yerləşdirilməsini həyata keçiriblər. Bununla da görülən işlər və inkişaf etdirilən veb proqramlaşdırma bacarıqları ilə bütün internet istifadəçilərinin tanış olması imkanı yaradılıb.


Açar sözlər: ,  ,  ,