08.01.2021

Göygöl rayon TTFT liseyin şagirdləri Azərbaycan üzrə PolyUp müsabiqəsinin qalibləri sırasındadır

Göygöl rayon texniki təbiət fənləri təmayüllü liseyin şagirdləri Azərbaycan üzrə PolyUp müsabiqəsinin qalibləri sırasındadır.

Müsabiqə nəticələrinin, eləcə də dəyərli hədiyyələrin açıqlandığı, heyrətamiz maşınların sərgiləndiyi, beynəlxalq nümayəndələrin iştirakı ilə birgə keçirilən virtual festivalda 6612 şagird iştirak edib.TTFT liseyin 7-ci  sinif şagirdləri Mehdi Həsənov və Aysu Məmmədova qaliblər sırasındadır.

Şagirdlərimizi uğurlar arzu edirik.


Açar sözlər: ,  ,