12.01.2021

"Xəmsə" adlı bilik yarışı keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Göygöl rayon Emil Vəliyev adına 5 nömrəli  tam orta məktəbin VII -IX  sinif şagirdləri arasında Microsoft Teams platformasında "Xəmsə" adlı bilik yarışı keçirilib.

Yarışın keçirilməsində məqsəd şagirdləri Nizami Gəncəvi yaradıcılığı barədə məlumatlandırmaqdan ibarətdir.

Yarışda məktəbin VIIc sinif şagirdi Səma Həmzəyeva I yerə, VIIa sinif şagirdi Fəridə Cəfərova II yerə, VIIa sinif şagirdi Rəşad Məmmədli III yerə layiq görülüb.


Açar sözlər: ,  ,  ,