22.01.2021

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı videokonfranslar keçirilib

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı videokonfranslar keçirilib.

Anım tədbirləri çərçivəsində rəsm, inşa-yazı, şeir müsabiqələri, şagird təqdimatları təşkil olunub.

Keçirilən bütün tədbirlərin məqsədi məktəblilərə 31 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olmasını çatdırmaq, bütün vəhşiliklər qarşısında Azərbaycan xalqının mübarizə əzminin heç zaman qırılmadığını xatırlatmaq və 20 Yanvar şəhidlərinin xatirəsinin hüzn və hörmətlə anılması olub.


Açar sözlər: ,  ,