20.02.2021

Dərslər pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilir

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində dərslər pandemiya qaydalarına uyğun şəkildə həyata keçirilir.

Mövcud qaydalara əsasən əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.

Məlumat üçün qeyd edək ki, əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.


Açar sözlər: ,