24.02.2021

Dahi azərbayca şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində dahi azərbayca şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Keçirilən onlayn görüşlərdə şagirdlərin ifasında Nizami Gəncəvi yaradıcılığından seçmələr səhnələşdirilərək təqdim olunub. Həmçinin dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə məlumat verilib.

Görüşlərdə çıxış edənlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətlər, tanınmış mütəfəkkirlər yetişdirdiyini qeyd edərək, onların hər zaman yad olunmasının vacibliyini vurğulayıblar. Dahi şair və mütəfəkkir Nizami Gəncəvi yaradıcılığının şagirdlərə bu kimi tədbirlər vasitəsilə çatdırılmasının önəmli olduğu bildirilib.


Açar sözlər: ,  ,