15.03.2021

Texniki və təbiət fənnləri təmayüllü liseydə şagirdlər mikrobit vasitəsilə təqdimatlar ediblər

Göygöl rayon Texniki və təbiət fənnləri təmayüllü liseyin (TTFTL)VI sinfində şagirdlər heyvan maketi düzəldib mikrobit vasitəsilə salamlama, otağın temperaturunu göstərmə, musiqi oxuma və.s bu kimi funksiyalı  kodları microbitə yükləyərək öz  təqdimatlarını ediblər.

Məlumat üçün bildirək ki, mikrobit – ən müxtəlif sahələrdə istifadə oluna bilən portativ, proqramlaşdırıla bilən mikrokompüterdir. Bu elektron çap lövhəsini (platasını)  proqramlaşdırmaq üçün Microsoft istehsalı olan Makecode tətbiqindən istifadə edilir. Şagirdlər Makecode ilə öz Mikrobitlərini ətraf mühitdən daxil olan verilənlərin (məlumatların) oxunması və nəticə verilənlərinin (İşıqlı diod displeydə təsvir, musiqi, mühərrik vasitəsi ilə hərəkətlər, radio siqnallar) yaradılmasına görə proqramlaşdırırlar.

Bundan başqa TTFTL-də mikrobit və STEAM-la bağlı mütəmadi olaraq təcrübi dərslər təşkil edilir.


Açar sözlər: ,  ,  ,