17.03.2021

Şəhid ailələri ziyarət edilib

Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva Vətən müharibəsi dövründə Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların ailələrini ziyarət ediblər.

Şəhid ailələrinin qayğıları ilə maraqlanan təhsil işçiləri onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir

Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan Elbrus Atayev yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib.

Məlumat üçün qeyd edək ki, Göygöl Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları tərəfindən mütəmadi olaraq Şəhid ailələri ziyarət edilir.


Açar sözlər: ,  ,