22.03.2021

Azərbaycan ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirdi

Göygöl rayon Aşıqlı kınd tam orta məktəbdə "Azərbaycan ordusunun gücü" mövzusunda tədbir keçirilib. Məktəbin təşkilatçı müavini Məmmədova Səbinə tədbiri açıq elan edərək bildirdi ki, 2020-ci il 27 sentyabr ... Həmin gün kiçikdən böyüyə hər kəsi təşvişə salan, bədəni təlatümə gətirən bir xəbərlə açıldı səhər. II Qarabağ  müharibəsi başlanmışdı . Erməni təcavüzkarları bizdən aldıqları bəs deyilmiş kimi yeni torpaq iddiasına düşüb hücuma keçmişdilər. Cənab Ali Baş Komandan İlham Əliyevin əks – hücum əmri ilə ordumuz çoxdandır gözlədiyi arzusuna çatdı. Onlar bizim  torpağımızda təcavüzkarlıqla 44 günlük müharibəyə başladı. Cəbhə xəttində düşməni ağlar qoyan döyüşçülərimiz 30 il bundan əvvəl itirdiyimiz torpaqları qanları-canları hesabına geri aldılar. Azğınlaşmış erməni məğlub olduqca Azərbaycanın dinc sakinlərini – Gəncə ,Bərdə , Mingəçevir, Ağdam,Tərtər  və s. kimi şəhərləri raket atəşinə tutdular. Günahsız qadınlar, mələk körpələr gözlərini əbədi yumdu. Bu hadisələr ordumuzun içindəki qisas hissini dahada artırdı. Onlar hecnədən qorxmadan ölümə meydan oxuyaraq düşmənin üzərinə yeridi ,nəhayət  onları təslim olmağa məcbur etdi. 44 günlük müharibə ilə Azərbaycan xalqının , ordusunun əzminin , qeyrətinin , cəsarətinin , vətənpərvərliyinin bütün dünya şahidi oldu.

Məktəbin direktoru İlqar İsayev çıxış edərək ordumuzun göstərdiyi şücaətlərdən , xalqımızın onlara dayaq olmasından söhbət saldı . O qeyd etdi ki , 44 günlük II Qarabağ müharibəsində xalq orduya, dövlətə ən böyük dayaq oldu.  Xalqımız həm Ali Baş Komandanın, həm də ordunun ətrafında bir yumruq kimi birləşdi və qələbə çaldı. O öz çıxışında bu qələbənin bizi 30 illik həsrətdən qurtardığını böyük sevinc və qürur hissi ilə vurğuladı. İlqar İsayev orduya dəstək üçün yaradılan fonda edilən yardımların xalqımızın həmrəyliyini göstərən bir addım olduğunu da qeyd etdi . Çünki xalqımızın kasıbı da, varlısı da gücləri çatan qədər orduya maddi və mənəvi dəstək oldular. Öz təqaüdlərini belə orduya yardım fonduna köçürənlər oldu. O qürur hissi ilə üzünü bizlərə tutaraq “Sizcə belə xalqın ordusu məğlub olarmı?!” –söylədi.

Məktəbin Azərbaycan-dili müəllimi Məmmədova Səadət çıxış edərək qələbə haqqında öz fikirlərini söylədi. O bildirir ki, igidlərimizin içində olan vətən sevgisi, torpaq sevgisi bu qələbanin ən başlıca səbəbidir .Belə bir misal var: “Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur.” Bizim oğullarımız qanları hesabına aldılar, itirilmiş ərazilərimizi, torpağı Vətən etdilər. Onlara bəslənən ümidləri boşa çıxarmadılar. Özləri ürəklərində neçə -neçə arzunu məzara aparsalar da, qaçqın və köçgünlərin Vətən arzusunu gözlərində qoymadılar.Biz bu gün azad nəfəs almağımızı qazilərimizə, şəhidlərimizə və igid ordumuza borcluyuq.


Açar sözlər: ,  ,