02.04.2021

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib

Göygöl rayon Çaylı kənd tam orta məktəbdə Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar bilik yarışı keçirilib.

Bilik yarışında çıxış edən məktəbin direktoru Aqif Hüseynov bildiirb ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar qüdrətli söz və fikir ustadı, insanları daima əxlaqi kamilliyə və yüksək mənəvı keyfiyyətlərə çağıran filosof şairin zəngin yaradıcılığının və mənəvi irsini gənclərə aşılamaq, gənclərin intellektual səviyyəsi və dünyagörüşünü yüksəltmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Bilik yarışında dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı və digər sahələrlə bağlı yarış iştirakçılarına 15 sual təqdim olunub. Yekunda ən çox bal toplayanlara medal və təşəkkürnamə təqdim edilib.


Açar sözlər: ,  ,