21.04.2021

Çaylı kənd tam orta məktəbdə "Vətən müharibəsi" ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin istiqaməti və mahiyyəti barədə Çaylı kənd tam orta məktəbində tədbir keçirilib.

Çaylı kənd tam orta məktəbinin direktoru Aqif Hüseynov bir daha vurğulamışdır ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifəsi olaraq qəbul edilmişdir. Səbəbi isə sadədir. Belə ki, sadəcə 44 gün ərzində 30 ilə bərabər tarix yazıldı. Tarixi yazan isə Ali Baş Komandan cənab İlham Əliyev və onun tabeliyində olan Şanlı Azərbaycan Ordusu idi. İlbəil güclənən ordumuzun hərbiçiləri təlimlər keçməklə , müharibədə qalib olmaq üçün lazım olan hər cür döyüş taktikalarını öyrənməklə xidmət edirdilər. Əsas məqsəd vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı.

Həmçinin prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransına dair tezislərdən istifadə edilərək çıxışlar edilmişdir.

Çaylı kənd tam orta məktəbinin kimya müəllimi Natəvan Qasımova “Əldə olunmuş böyük qələbədə bütün qoşun növlərinin öz payı var” tezisinə istinad edərək maraqlı və dəqiq faktlarla çıxış etmişdir.

Məktəbinin biologiya müəllimi Müşgünaz Xudiyeva “Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir” tezisinə əsasən ətraflı çıxış etmişdir.

İngilis dili müəllimi Kəmalə İsmayılova “Azərbaycan ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirib” tezisini əsaslandıraraq çıxış etmiş və qeyd etmişdir ki, xüsusi təyinatlılarımızın Şuşaya böyük sevinclə, girməsi, sıldırım qayaları necə keçməsini hamımız qürurla danışırıq. Bəli, igidlərimiz qələbəni dişi, dırnağı, qanı ilə qazandı. Və o qələbəyə kimi qayaları dırmaşaraq, kimi isə çiyinlərdə əbədiyyətə qovuşaraq çatdı. Çünki onlara qələbənin də, şəhadətin də ən şərəflisi yaraşır!


Açar sözlər: ,  ,