04.05.2021

“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb

Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi yekunlaşıb.

Müsabiqənin keçirilməsində məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Müsabiqənin şəhər mərhələsinin nəticələrinə əsaəsən I yerə Xəqani kənd tam orta məktəbin X sinif şagirdi Könül Sadıqova, II yerə Kərəmli kənd tam orta məktəbin XI sinif şagirdi Naze Şahverdiyeva, III yerə Topalhəsənli kənd tam orta məktəbin IX sinif şagirdi Aysun Vəlizadə, IV yerə isə Köşkü kənd tam orta məktəbin XI sinif şagirdi Səma Babayeva layiq görülüb. Müvafiq yerlərə layiq görülən şagirdlər Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev və AHTİ-nın Göygöl rayon Komitəsinin sədri Dilarə Mövlayevə tərəfindən Fəxri fərman və hədiyə ilə təltif ediliblər. 

Məlumat üçün qeyd edək ki, müsabiqə “Heydər Əliyev və Qarabağ” başlığı altında müəyyən olunmuş mövzular əsasında təşkil edilir. Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə video formatda təşkil edilir.


Açar sözlər: ,  ,  ,