24.05.2021

Nadil kənd tam orta məktəbdə btidai sinif şagirdlərinin iştirakı ilə məktəbdaxili monitorinq keçirilib

Göygöl rayon Nadil kənd tam orta məktəbdə ibtidai sinif şagirdlərinin iştirakı ilə məktəbdaxili monitorinq keçirilib. Monitorinqdə şagirdlərin oxu və yazı bacarıqlarının müəyyənləşdirilməsi üçün müxtəlif məzmunlu test tapşırıqları və mətnlərdən istifadə edilib.

Monitorinqin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsi, bu sahədə onların zəif yönlərinin inkişaf etdirilməsindən ibarətdir.

Məlumat üçün qeyd edək ki, Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində mütəmadi olaraq müxtəlif yaş kateqoriyaları və siniflər üzrə monitorinqlər keçirilir.


Açar sözlər: ,  ,