27.05.2021

“Nizami Gəncəvi ili” nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Göygöl rayon İcra hakimiyyətinin, Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Xəmsə Möcüzəsi” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd  uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Müsabiqədə rayon ümumtəhsil məktəblərinin I-XI sinif şagirdləri iştirak ediblər. Qalib iştirakçılara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.


Açar sözlər: ,  ,  ,