31.05.2021

Məktəbdaxili qiymətləndirmə ilə bağlı görüş keçirilib

Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta məktəbin pedaqoji heyəti onlayn iclas keçirilib. Görüşdə IX sinif buraxılış imtahanları, II yarımil üzrə qiymətləndirməyə hazırlıq, XI sinif  buraxılış imtahanlarının nəticələri, ali məktəblərə sənəd qəbulu və digər məsələlər müzakirə edilib.

Onlayn görüşdə həmçinin II-XI siniflərdə fənlər üzrə summativ qiymətləndirmənin fənn müəllimləri tərəfindən əyani formada keçirilməsi, bu zaman koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin nəzərə alınması, qiymətləndirmənin nəticələrinin 100 ballıq şkala ilə ölçülməsi və qiymətləndirmədə test, inşa, çalışma, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunması, 45-90 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunması və sinif jurnalında müvafiq qaydada yazılması və summativ qiymətləndirmədə şagirdin üzürlü və üzürsüz səbəbdən iştirak edə bilməməsi hallarında qiymətləndirmənin aparılması qaydasına və bu kimi başqa təkrar maarifləndirici məsələlər müzakirə edilib.


Açar sözlər: ,  ,