01.06.2021

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.


Açar sözlər: ,  ,  ,