22.01.2022

Respublika fənn olimpiadalarının birinci –rayon  mərhələsi keçirilir

 

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakı ilə Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilir.

 

Olimpiadanın rayon mərhələsində Göygöl rayonunda müəyyənləşdirilən mərkəzdə 432 şagird iştirak edib.

 

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.


Açar sözlər: ,