27.04.2022

“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsi

"Şuşa ili"nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin rayon mərhələsinin qalibləri  Göygöl Rayon Təhsil Şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Semur Əsgərov tərəfindən  təltif ediliblər.

 

Qaliblərin mükafatlandırılması və yekun konsert 1 iyun 2022-ci il tarixində Şuşa şəhərində keçiriləcəkdir.

 

Qeyd edək ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı və bacarıqlı şagirdləri aşkara çıxarmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək, o cümlədən torpağa, tariximizə və milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaqdan ibarətdir.


Açar sözlər: ,