28.04.2022

“Ən yaxşı təqdimat” müsabiqəsi

Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika turununda Göygöl rayon  Pənahlılar kənd tam orta məktəbinin X sinif şagirdi   Göyüşova Nərmin I dərəcəli diplomla təltif olunub.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ulu öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun və çoxşaxəli fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da genişləndirilməsindən, həmçinin məktəblilərin özünüifadə bacarıqlarına yiyələnməsinin stimullaşdırılmasından ibarətdir.

 

Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.


Açar sözlər: ,