29.04.2022

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbulla bağlı alternativ mərkəzlər fəaliyyət göstərəcək

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.

 

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) təhsil idarəsində və müvafiq məktəblərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək. Bundan başqa vətəndaşlar “WhatsApp” nömrələri vasitəsilə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.

Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri aşağıdakı kimi müəyyənləşmişdir:

 

1.GRTŞ- A.Kazımov küçəsi 1, (+994 70) 827-01-31;

2. İ.Novruzov adına şəhər 4 nömrəli tam orta məktəb -  A.Hacıyev küçəsi 40 (+994 55) 693-44-04;

3.Çaykənd kənd  ümumi orta məktəb- Çaykənd kəndi (+994 55) 889-87-86;

4.Balçılı kənd 1 nömrəli tam orta məktəb - Balçılı kəndi (+994 55) 739-44-49;

5. Çaylı kənd tam orta məktəb - Çaylı kəndi (+994 50) 799-01-33;

6.Yeni Qızılca kənd tam orta məktəb - Yeni Qızılca kəndi (+994 50) 663-22-80;

 

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.

 

6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq. 


Açar sözlər: ,