04.05.2022

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev ictimaiyyətə təqdim edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin ictimaiyyətə təqdim edilməsi məqsədilə Gəncə Şəhər Təhsil İdarəsinin inzibati binasında tədbir keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra tədbir Gəncə Şəhər Təhsil İdarəsinin inzibati binasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Təqdimatda təhsil nazirinin müavini Muxtar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Təhsil Nazirliyinin yeri təhsili idarəetmə orqanları ilə iş sektorunun baş məsləhətçisi Əhliyyət Adıgözəlov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon (şəhər) təhsil şöbə və idarələrin əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni idarəçilik sisteminə keçiddə məqsəd təhsil sahəsində səmərəliliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə nəticələri daha yüksək etməkdir.

 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxışında yeni təyin olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirini təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev kollektivə təqdim olunub.


Açar sözlər: ,  ,