Göygöl Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VIII-IX-X sinif şagirdlərinin iştirakı ilə “Şuşa ili”nə həsr olunmuş intellektual oyun keçirilib.
Yarışda şagirdlər komandalar şəklində birləşərək səsləndirilən sualları cavablandırıblar.
Qeyd edək ki, Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və
yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə,
intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək,
onların inkişaf etdirilməsinə şərait yaratmaq, Respublikanın müxtəlif regionlarında ən güclü məktəb komandalarını müəyyən etməkdən ibarətdir.
Yarışda I yerə "Suqovuşan", II yerə "Azadlıq", III yerə isə "Xudafərin" komandası layiq görülüb.
Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.