Atayev Elbrus Yaqub oğlu
Müdir
21 may 1957-ci ildə (keçmiş Xanlar) Göygöl rayonunda anadan olmuşdur.
1964-cü ildə şəhər 3 saylı tam orta məktəbin I sinfinə daxil olmuşdur. 1974-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1976-1978-ci illərdə ordu sıralarında olmuşdur. 1980-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna qəbul olmuş. 1985-ci ildə həmin institutun tarix fakultəsini bitirmişdir.
1986-cı ildə Göygöl rayonunun Toğana kənd tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
1988-ci ildən şəhər 1 saylı tam orta məktəbində müəllim, direktor müavini 2002-ci ilin oktyabr ayından isə direktor işləmişdir.
2010-cu ilin iyulun 28-dən Göygöl Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.
Ailəlidir. Iki övladı var.