Valideyinlərin nəzərinə!
İyunun 20-dən iyulun 20-dək “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı sənəd qəbulu başlanıb.
Tələb olunan sənədlər aşağıdakılardır:
1. Uşağın sağlamlığını təsdiq edən sənəd ( U-26 );
2. 3x4 2 ədəd şəkil;
3. Doğum haqqında şəhadətnamənin surəti;
4. Valideynin (digər qanuni nümayəndələrin) ərizələri
Ünvan: Göygöl Rayon Təhsil Şöbəsi